BAKI, 10 noyabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi bu ölkəyə məxsus vertolyotun Ermənistan ərazisində Azərbaycan tərəfindən vurulması məsələsinə münasibət bildirib.
"Azərbaycan XİN-in Rusiyanın hərbi Mİ-24 vertolyotunun vurulması ilə nəticələnmiş insidentlə bağlı bəyanatına dair bildiririk ki, Bakının dərhal öz günahını etiraf etməsi faktını müsbət qiymətləndiririk. Həmçinin Azərbaycan tərəfinin bu insidentin operativ araşdırılmasının aparılacağına və təqsirkarların cəzalandırılacağına dair bizə verdiyi sözü də vurğulayırıq" - Rusiya XİN-in bəyanatında bildirilir.
Bəyanat Rusiya xarici siyasət idarəsinin Telegram və Facebook-dakı rəsmi səhifələrində yayılıb.
© Photo : The Ministry of Foreign Affairs of the Russian FederationRusiya XİN-in vertolyot insidenti ilə bağlı bəyanatı
Rusiya XİN-in vertolyot insidenti ilə bağlı bəyanatı
© Photo : The Ministry of Foreign Affairs of the Russian Federation