Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 10 noyabr — Sputnik. "Ermənistan ordusunun tərkibində qanunsuz döyüşən muzdlular Azərbaycan qanunvericiliyi ilə məsuliyyətə cəlb olunmalıdırlar".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib.
O deyib ki, Azərbaycan ərazisinə qeyri-qanuni gəlmiş və Ermənistan ordusunun tərkibində döyüşmüş muzdlu əsirlər heç bir halda geri qaytarıla bilməz:
"Azərbaycan tərəfi bu şəxslərlə bağlı çox sərt şəkildə tələb qoymalıdır. Həmin muzdlular Azərbaycan tərəfindən məhkəmə qarşısına çıxarılmalıdırlar. Bu şəxslər cinayət törədiblər. Onlar Azərbaycan qanunları ilə ömürlük həbs edilməlidirlər. O muzdlular heç bir halda əsirlər sırasında geri qaytarıla bilməz!"