BAKI, 9 noyabr - Sputnik. Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Araik Arutunyanın sözçüsü Vaqram Poqosyan Şuşa şəhərinə nəzarəti tamamilə itirdiklərini etiraf edib.
Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat verir.
"Düşmən Stepanakert (Xankəndi) ətrafındadır və artıq paytaxtın mövcudluğu təhlükə altındadır. Əgər Şuşanın yenidən bizim olmasını, Arsaxın (Qarabağdakı qondarma qurumu nəzərdə tutur - red.) qalmağını istəyiriksə, Xankəndinin və cəbhənin digər istiqamətlərinin etibarlı müdafiəsini təşkil etmək üçün bütün səylərimizi cəmləməliyik", - Poqosyan sosial şəbəkədə yazıb.
Bir müddət əvvəl Poqosyan Şuşanın artıq ermənilərin nəzarətində olmadığını etiraf etmişdi.