BAKI, 8 noyabr - Sputnik. “Azərbaycanın mədəni paytaxtı, qədim Şuşa şəhərinin azadlığı mübarək və uğurlu olsun. Bayraq günündə şanlı Azərbaycan bayrağı bir daha enməməklə Şuşada da dalğalanacaq. Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!”
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu sosial şəbəkədə yazıb.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin işğaldan azad edildiyini bəyan edib.