BAKI, 8 noyabr - Sputnik. Ermənistan tərəfi Şuşa döyüşlərindəki uğursuzluğunu ört-basdır etmək və öz cəmiyyətini sakitləşdirmək məqsədilə guya Şuşaya yenidən nəzarəti ələ keçirmək barədə dezinformasiya yayır.
Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
"Bəyan edirik ki, Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir" - məlumatda deyilir.