QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

DİN müraciət etdi: şəxsi məlumatlarınızı şübhəli saytlarda yerləşdirməyin

© AFP 2024 / JEFF PACHOUDКомпьютерная мышь, фото из архива
Компьютерная мышь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İnternet istifadəçilərinin nəzərinə çatdırırıq ki, bu, ermənilərin növbəti təxribat xarakterli iddialarıdır. DİN-in məlumat bazasına heç bir kiberhücum olmayıb"

BAKI, 7 noyabr - Sputnik. "Bu gün sosial şəbəkələrdəki bəzi səhifələrdə Daxili İşlər Nazirliyinin məlumat bazasındakı informasiyaların guya ermənilər tərəfindən oğurlanması barədə məlumat paylaşılıb. Bununla əlaqədar internet istifadəçilərinin nəzərinə çatdırırıq ki, bu, ermənilərin növbəti təxribat xarakterli iddialarıdır. DİN-in məlumat bazasına heç bir kiberhücum olmayıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə DİN-in yaydığı bəyanatda deyilir.

"Bir daha vətəndaşlarımızı müharibədə məğlub olan düşmən təxribatına uymamağa çağırır, qeyri-rəsmi qrup, səhifə, kanallardan qətiyyən heç bir linkə daxil olmamağı, faylları açmamağı və şəxsi məlumatları saxta mənbələrə daxil etməməyi məsləhət görürük.

O ki qaldı sözügedən siyahıya, həmin siyahı ölkəmizdə bir müddət əvvəl keçirilən seçkilər zamanı şəffaflığın təmin olunması məqsədilə seçici məlumatlarının internet resurslarında yerləşdirilmiş informasiyalarıdır", - deyə məlumatda bildirilir.

Xəbər lenti
0