BAKI, 5 noyabr - Sputnik. Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.
Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.