BAKI, 5 noyabr - Sputnik. Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Ermənistan ordusunun hərbi infrastrukturuna ciddi ziyan vurulub.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Təpəkənd (Tonaşen) kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.