BAKI, 5 noyabr - Sputnik. “İndi də İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Erməni lobbisi TF1 və "New York Times" jurnalistlərini də fiziki təhdidlərə məruz qoymuşdu. Azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq”.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb.
2/We call @RSF_inter and @OSCE_RFoM to condemn and deplore physical/verbal threats/ abusive personal attacks against professional journalists/media who covered objective realities of Armenia-Azerbaijan conflict. Freedom of expression must be respected. @TF1 @nytimes @repubblica https://t.co/wUPWLVVr60
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 5, 2020
Qeyd edək ki, bundan əvvəl də Prezident İlham Əliyevdən müsahibə götürən bəzi xarici jurnalistlər erməni lobbisinin təzyiqlərinə məruz qalaraq müxtəlif təzyiq və ölüm təhdidlərilə hədələnmişdilər.