QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mövcud olanla əlimizə çatan arasında uçurum - Qarabağın sərvətləri heyrətə salır

© Photo : REPORTSuqovuşan
Suqovuşan - Sputnik Azərbaycan
Abunə olmaq
Silahlı təcavüzün başlanmasından keçən müddət ərzində işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın cinayətkar fəaliyyəti nəticəsində regionun təbii sərvətləri talan edilib, flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək zərər vurulub

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Azərbaycan xalqının və mədəniyyətinin formalaşmasında Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsi rol oynayıb. Azərbaycanın işğal altında olan torpaqları yeraltı və yerüstü sərvətləri ilə zəngindir.

Mütəxəssislərə görə, zəngin yeraltı və yerüstü su ehtiyatlarına malik Qarabağ diyarında ölkənin illik su ehtiyatının 18 faizi toplanıb.

Нагорный Карабах, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Pandemiyanın əlimizdən aldıqlarını Qarabağ geri verəcək

Azərbaycanda olan 9 iqlim qurşağından 6-sı Dağlıq Qarabağdadır. Dağlıq Qarabağ zəngin və unikal kurort-turizm ehtiyatlarına - təmiz dağ havasına, meşələrə, müalicəvi mineral sulara, alp çəmənliklərinə malikdir.

Tarixçi Kamran İsmayılovun sözlərinə görə, Qarabağ təkcə relyef və iqlimi ilə deyil, eləcə də torpaq tiplərinin zənginliyi və müxtəlifliyi ilə fərqlənir. Bölgənin şərq hissəsində, düzən ərazilərdə boz-qəhvəyi, şimal-qərbdə və cənub-şərqdə dağ-qəhvəyi, yüksək dağlarda isə qəhvəyi dağ-meşə və dağ-qaratorpaq torpaqlar var: "Bitki örtüyü də müxtəlifdir. 114 min hektar ərazini meşələr, 57 min hektarını kolluqlar tutur. Qarabağın meşələrində palıd, fıstıq, cökə, göyrüş (vən), vələs, çinar, qoz, alma, armud, albalı, gavalı, zoğal kimi meyvələr bitir. Bəzi ağacların yaşı 150-200 ilə, hündürlüyü 25-30 metrə, gövdəsinin diametri 2.5 metrə çatır".

Ekspert qeyd edib ki, Dağlıq Qarabağda böyük əhəmiyyətə malik faydalı qazıntı yataqları mövcuddur. Belə ki, Mezozoy və Kaynozoy geoloji eralarına aid əhəngdaşı, gil yataqları geniş yayılıb.

Onun sözlərinə görə, Tərtər və Xançay çayları arasında Mehman Dərə yatağında qalay, mis, sink, gips, əhəng çıxarılırdı.

"Hadrut rayonunda mərmər yataqları mövcuddur. Dağlarda xromit, qurğuşun, polimetal filiz, tikinti materiallarının, xüsusən sement, odadavamlı kərpic, təbaşir istehsalı üçün zəruri olan digər təbii materiallar mövcuddur. Ağdərə rayonunun Dovşanlı kəndi yaxınlığında oyma və üyüdücü daş yatağı yerləşir. Şuşa şəhərində yerləşən Turşsu mineral hidrokarbonat mənbəyi bir çox xəstəliklərin müalicəsində istifadə olunduğundan çox populyar idi. Burada həmçinin müxtəlif tərkibli 11 bulaq növünə aid 120 mineral su mənbəyi kəşf edilmişdir".

Ekspert vurğulayır ki, Ermənistan tərəfindən işğal edilən ərazilərdə törədilən ağır cinayətlərdən biri də ekoloji cinayətlərdir: "Belə ki, silahlı təcavüzün başlanmasından keçən müddət ərzində işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın cinayətkar fəaliyyəti nəticəsində regionun təbii sərvətləri də talan edilib, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədilib, regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək zərər vurulub".

Xəbər lenti
0