QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mövqeyimiz işğalın sona çatması prinsiplərinə əsaslanır - İranın Azərbaycandakı səfiri

© Sputnik / Ibrahim Hashimovİran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi
İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərbaycan Respublikası İranın təqdim etdiyi bu planı yüksək səviyyədə dəstəklədi. Və biz hazırda digər ölkələrin bu barədə mövqeyini gözləyirik” - Seyid Abbas Musəvi

İbrahim Həşimov, İradə Cəlilova

BAKI, 4 noyabr — Sputnik. “İran İslam Respublikası uzun illərdən bəri Qarabağ münaqişəsi barədə sabit və davamlı mövqeyə malik olub. Bizim mövqeyimiz beynəlxalq aləmin qəbul etdiyi prinsiplərə əsaslanır. Bu mövqeyimiz işğalın sona çatması, ölkələrin ərazi bütövlüyünün tanınması və separtizmin məhkum edilməsi prinsiplərinə əsaslanır”.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi məlumat verib.

O qeyd edib ki,  İİR Ermənistanla qonşu ölkə olmasına baxmayaraq, həm Ermənistana, həm də dünyaya  beynəlxalq prinsiplərə əsaslandığını bəyan edib.

Səfirin fikrincə, İİR bu sahədə şəffaf bir mövqe sərgiləyib və İranın ali lideri ilə yanaşı, bütün siyasi dairələri eyni fikirdədir.

“Bəzi kütləvi informasiya vasitələrində Ayətullah Xamenei dini lider kimi təqdim edilir. Halbuki o, İran İslam Respublikasının ali lideridir və bütün qərarlar onun təsdiqi əsasında qəbul olunur. Məsələn, İranın Ali Təhlükəsizlik Şurasının bütün qərarları ali rəhbərin təsdiqi ilə icra olunur. O, Silahlı Qüvvələrin Ali Baş komandanı, ölkənin ali rəhbəri və dini rəhbəridir. Onun dünən verdiyi açıqlama tutduğu mövqelərdən irəli gəlir”, – deyən səfir bildirib ki, İran Azərbaycan torpaqlarının sülh yolu ilə geri qaytarılması və münaqişənin sülh yolu ilə həllini tapması məqsədilə plan hazırlayıb.

Təklif edilən plan Azərbaycan, Rusiya, Türkiyə və Ermənistana təqdim edilib.

“Azərbaycan Respublikası İranın təqdim etdiyi bu planı yüksək səviyyədə dəstəklədi. Və biz hazırda digər ölkələrin bu barədə mövqeyini gözləyirik”, - deyə səfir əlavə edib.

Xəbər lenti
0