QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Çavuşoğludan Avropaya: Azərbaycanın ərazi bütövlüyü məsələsində “amma”, “əgər” olmamalıdır

© Sputnik / Murad OrujovМинистр иностранных дел Турции Мевлют Чавушоглу
Министр иностранных дел Турции Мевлют Чавушоглу - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə XİN rəhbəri vurğulayıb ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın qərarları üzrə, xüsusən də AŞPA-nın 2005-ci ildə qəbul etdiyi 1416-cı qətnaməsi üzrə siyasət yürüdür

BAKI, 4 noyabr — Sputnik. Avropa İttifaqının bütün ölkələri Azərbaycanın ərazi bütövlüyü məsələsində dəqiq mövqe nümayiş etdiməlidir. Bu məsələdə heç bir “amma” və “əgər” olmamalıdır.

Sputnik Azərbaycan Anadolu Agentliyinə bildirir ki, bu barədə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Aİ Nazirlər Kabinetinin 130-cu iclasında onlayn rejimdə çıxışında deyib.

“İkili standartlardan çəkinmək lazımdır. Biz Gürcüstan və Ukraynanın ərazi bütövlüyü və suverenitetini necə dəstəkləyiriksə, Azərbaycanın da hüquqlarını o cür müdafiə eləməyik. Azərbaycan beynəlxalq səviyyədə tanınmış öz ərazilərində nəzarəti bərpa etməyə çalışır”, - türk nazir qeyd edib.

Türkiyə XİN rəhbəri vurğulayıb ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın qərarları üzrə, xüsusən də AŞPA-nın 2005-ci ildə qəbul etdiyi 1416-cı qətnaməsi üzrə siyasət yürüdür. 

“Ermənistan işğalı dayandırmalı və mülki əhalini qəsdən hədəf alan və atəşkəsi pozan hücumlarına görə məsuliyyət daşımalıdır”, - Çavuşoğlu bildirib.

Xəbər lenti
0