BAKI, 4 noyabr — Sputnik. Rusiya Federasiyası Qarabağ münaqişəsi üzrə Ermənistan və Azərbaycanla əlaqədədir. Rəsmi Moskva ümid edir ki, bütün tərəfləri qane edəcək nəticələrə nail olmaq mümkün olacaq.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
O, qeyd edib ki, Rusiya Cənubi Qafqazda münaqişənin tezliklə başa çatması üçün mümkün olan hər şeyi edir:
"Bilirsiniz, üz-üzə dayanan, təəssüf ki, hələ də bir-birinin üzünə avtomatların nişangahından baxan, bir-birinə qarşı, bizim fikrimizcə, sülh danışıqları yolu ilə həll olunması mümkün ola bilən məqsədlərə çatmaq üçün silahdan istifadə edən insanların həyatını qorumaq naminə Rusiya əlindən gələni edir".
Rusiya prezidenti əlavə edib ki, Qarabağdakı vəziyyət silaha əl atmadan dinc yolla həll etmək mümkün idi.