QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Səyavuş Heydərov: "Münaqişəni dini motivə çəkmək cəhdləri iflasa uğrayır"

© Sputnik / Irade JELILDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov - Sputnik Azərbaycan
Abunə olmaq
"Əminliklə deyə bilərik ki, başda Paşinyan olmaqla, digər erməni təcavüzkarları da tarix və beynəlxalq qanunlar qarşısında törətdikləri vəhşiliyə, təcavüzə görə cavab verəcək, mütləq cəzalarını alacaqlar", - deyə o qeyd edib.

BAKI, 3 noyabr — Sputnik. Təcavüzkar dövlət xristianlığa da böyük ləkə, xəcalət mənbəyidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 20-ci əsrin ən faciəli münaqişələrindən biridir. Bu münaqişə nəticəsində xalqımız böyük fəlakətlər, tarixi haqsızlıq və işğalçı təfəkkürlə üz-üzə qalmışdır. Təcavüzkar Ermənistanın tarixi "tərcümeyi-halı" bizə deməyə əsas verir ki, bu xalqın "xəmiri" xəyanət və satqınlıqla yoğrulub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DQİDK sədrinin müavini Səyavuş Heydərov danışıb.

O bildirib ki, XX əsrin əvvəllərində Osmanlı dövlətində önəmli mövqelərə malik olan, lakin onun zəiflədiyi dövrdə xəyanət edərək çar Rusiyasına sığınan ermənilər "zəifi" sat, "güclünü zəifləyəndə satarsan" prinsipi ilə yaşayıblar. 1918-ci ildə yaranmış geosiyasi reallıqlardan yararlanaraq tarixi Azərbaycan torpaqlarında özlərinə saxta bir dövlət qurmağı bacaran bu nankor xalq SSRİ dövründə müəyyən səbəblərə görə üstün mövqelər əldə etməklə öz xislətinə xas "fəaliyyətindən" əl çəkməmiş, hər vəchlə Azərbaycan xalqına qarşı düşmənçilik siyasətini davam etdirmişdir. Ermənistan ərazisindən azərbaycanlıların bir neçə dəfə köçürülməsi buna əyani sübutdur.

Уничтоженный танк ВС Армении, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Ermənistanın zirehli tank taborunun komandiri, polkovnik-leytenant Akopcanyan məhv edildi

1980-ci illərdə SSRİ-nin siyasi-iqtisadi cəhətdən zəifləməsi, "yenidənqurma" siyasətinin iflasa uğraması bu imperiyanı süquta sürükləyəndə Qərb dövlətləri də bu vəziyyətdən maksimum dərəcədə bəhrələnməyə çalışırdı. Həmin dövrdə Qərbin maraqları ermənilərin maraqları ilə üst-üstə düşürdü. Belə ki, yeni ərazilər əldə etməyə çalışan ermənilər Dağlıq Qarabağda milli ədavəti qızışdırırdı. Tarixin hər dövründə "ikiüzlü" və "ləyaqətsiz" hərəkətləri ilə seçilən erməni xisləti bir tərəfdən Qərbin maraqlarına uyğun olaraq SSRİ-nin daha da zəifləməsi və dağılmasında müstəsna rol oynamış milli zəmində qarşıdurmaya rəvac verir, digər tərəfdən milli məsələlərin xüsusiyyətlərini dərindən bilməyən Sovet rəhbərliyini Azərbaycana qarşı yönəldirdi. Heç kimə sirr deyil ki, həmin dövrdə Sovet İttifaqının rəhbəri olmuş Mixail Qorbaçov Qərbin böyük planının bir parçası idi. M.Qorbaçovun erməni lobbisinin dəstəyi ilə hakimiyyətə gəlişi onda ermənilərə qarşı xüsusi "münasibət" və imkanlar yaratmışdı.

Ermənilər yaranmış vəziyyətdən hiyləgərcəsinə istifadə edərək öncə Ulu Öndər Heydər Əliyevin Moskvada tutduğu yüksək vəzifələrdən kənarlaşdırılmasına nail oldular. Sonra isə Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün xaricdəki erməni lobbisi ilə birlikdə məqsədyönlü fəaliyyətə keçdilər. Nəticədə Azərbaycana qarşı yönəlmiş təxribatlara və get-gedə qızışan münaqişə qığılcımlarına göz yumulurdu. Dağlıq Qarabağ Muxtar Vilayətində nizam-intizam yaratmaq əvəzinə ona xüsusi idarəçilik statusu verilməklə bugünkü mövcud münaqişənin əsası qoyuldu. SSRİ-nin süqutunda birbaşa rol oynayan ermənilər riyakarcasına daha sonra Rusiya və onun rəhbəri Boris Yeltsinlə də "alət" qismində əməkdaşlığı davam etdirdilər. 1988-ci ildə erməni separatçılarının Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə yekunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələndi.

Бомбардировка снарядами с белым фосфором, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Ermənistan fosfor silahları ilə Topxana meşəsini yandırıb

İndi isə Ermənistanda "Soros məhsulu" olan iqtidar rəhbərliyi Qərbə üz tutub. Paşinyanın inqilab ərəfəsində küçələrdə səsləndirdiyi bütün şüarlar anti-Rusiya xarakteri daşıyırdı. Bəli, ermənilər bu gün də Rusiyaya xəyanət edirlər. Bir tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ayaqlarına qapanıb yalvaran Ermənistan istədiyi cavabı almadığı üçün dərhal NATO-nun qapısını döydü. Qərb və Rusiya arasında əsrlərdir manevrlər etməyi bacaran bu xalqdan heç kim sədaqət gözləməməlidir. Özlərini sadəcə "alət" və "əlaltı" funksiyasında görən ermənilər hansı xalq tərəfindən nəvaziş görüblərsə, sonda mütləq o xalqa xəyanət ediblər. Onların satqınlıq və xəyanət üzərində təşəkkül tapan "əqidəsi" tarixin bütün dövrlərində açıq şəkildə özünü büruzə vermişdir. Əlbəttə ki, siyasi proseslərdə onların çirkin və qeyri-əxlaqi fəaliyyətini əsrlərdir Azərbaycan xalqı görür. Xalqımız bu terrorçu zehniyyətdən çox əziyyət çəkib. Ancaq bu gün Ermənistan sadəcə siyasi olaraq deyil, dini-mənəvi cəhətdən də iyrənc və qəbuledilməz mövqe nümayiş etdirir. Bir neçə gün əvvəl bütün Ermənistan katalikosu II Qareqinin xalqa müraciəti, onun kilsə adından bütün vətəndaşları və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırması açıq-aşkar dinin siyasiləşdirilməsi faktıdır. Ermənistanın dini lideri anlamır ki, bütün dinlər insanları sülhə və əmin-amanlığa çağırır. Kilsə adından çıxış edərək müharibə bəyənatları vermək yalnız onun ağlına gələ bilərdi. Nəticə isə birmənalıdır: Ermənistan xristianlığı siyasiləşdirməyə çalışır. Əslində Ermənistanı heç xristian dövləti də adlandırmaq olmaz. Xristianlığın bütün mötəbər, sülhsevər və ümumbəşəri prinsiplərini tapdalayan bu dövlətin mənəviyyata hörmət etməsi mümkün deyil. Ermənistan mənəviyyatsız dövlətdir. Çünki mənəviyyatı olan dövlət silahsız insanların, məsum körpələrin üzərinə raket yağdırmaz. Bu xalqın "köksüzlüyü" bütün davranışlarında aydın şəkildə sezilir.

Azərbaycan hərbçiləri, arxiv şəkli  - Sputnik Azərbaycan
QARABAĞ
Zəngilan istiqamətində Ermənistanın kəşfiyyat-diversiya qrupu məhv edilib

Döyüş meydanında müzəffər Ordumuz qarşısında tab gətirə bilməyən namərd düşmən hər vasitədən istifadə edir. Dini faktoru ortaya ataraq Şuşadakı kilsənin vurulması ilə bağlı ölkəmizə qarşı başlatdığı çirkin "kampaniya" nəticə vermədiyi üçün onlar daha qlobal müstəviyə keçərək məsələni xristian-müsəlman qarşıdurmasına çevirmək istəyir. Gəncəni, Bərdəni, Tərtəri və digər yaşayış məntəqələrimizi raket atəşinə tutaraq yüzə yaxın günahsız insanın ölümünə səbəb olan bu "dövlət" öz terrorçu mahiyyətini bir daha göstərir. Terrorun, terrorçunun dili, dini, irqi olmadığını bilsək də, bir dövlətin bütün dünyəvi və dini strukturları ilə birgə terrorizm mənbəyinə çevrilməsi əslində qlobal təhlükəsizliyə təhdiddir: " İŞİD, Əl-Qaidə, Boko Haram kimi terror təşkilatları islam dinini necə siyasiləşdirib ölkə və şəhərləri viran qoyursa, Ermənistanın terror təşkilatı da xristianlığı siyasiləşdirərək şəhərlərimizi bombalayır, dinc sakinlərə qarşı soyqırımı aktı törədir. Onlar Xocalı soyqırımını bu gün də davam etdirmək niyyətində olduqlarını öz əməlləri ilə bəyan edirlər. Ermənistan katalikosu II Qareqinin məlum müraciəti isə bir daha sübut edir ki, onlar üçün heç bir dəyər yoxdur. Qəsbkarlığı, təcavüzü, haqsızlığı dini müstəvidən pərdələmək, hətta dini buna alət etmək xristian aləminə qarşı da böyük hörmətsizlikdir. Bu dövlət dünya və region üçün olduğu kimi, xristianlıq üçün də bir ləkə, xəcalət mənbəyidir. Ermənistanın bu hərəkətləri düşünülmüş və planlı bir strategiyadır. Onlar bu münaqişəni dinlərarası toqquşma səviyyəsinə gətirərək beynəlxalq təhlükəsizlik üçün ciddi bir təhdid yaratmaq, dini zəmində total müharibəni tətikləmək istəyirlər. Bununla da böyük dövlətlərin dini zəmində müharibəyə cəlb edilməsini arzulayırlar. Azərbaycan isə daim dinlərarası və mədəniyyətlərarası dialoqun mərkəzi kimi çıxış edir. Dünya birliyi hər iki ölkənin məqsəd və məramını obyektiv qiymətləndirməli, ermənilərin ləyaqətsiz planları ilə bəşəri dəyərlər sisteminə vuracağı zərərləri zamanında dəyərləndirməlidirlər. Heç kəs unutmamalıdır ki, biz öz torpağımızda döyüşür, ərazi bütövlüyümüzü bərpa edirik".

Onun sözlərinə görə, bu Vətən müharibəsində bütün dinlərə mənsub, o cümlədən rus, yəhudi və s. millətlərdən olan Azərbaycan vətəndaşları çiyin-çiyinə vuruşur, şəhid olurlar. Ermənistanın bu müharibəyə dini don geyindirmək cəhdləri baş tutmayacaqdır. Çünki Azərbaycan bütün dinlərin və etnik qrupların nümayəndələrinin bir ailə kimi yaşadığı tarixi bir məkandır. Ermənistan artıq məğlub olub. Əmin olun ki, bunu başda Paşinyan olmaqla, hər kəs anlayır. Sadəcə hakimiyyəti itirməmək məqsədilə manevrlər etmək və rüsvayçı formada məğlub olduqlarını gizlətmək üçün vaxtı uzadırlar. Özünü indi də Qərbə "sırımaq" istəyən bu hakimiyyət fəlakətə məhkumdur. Qərb isə öz dəyərlər sisteminə hörmət etməklə bu təcavüzkar ölkənin əməllərinə düzgün qiymət verməlidir. Onlar da anlamalıdırlar ki, bəşəriyyət üçün olduqca təhlükəli bir oyun oynayan Ermənistan artıq bir "alət" kimi də funksionallığını itirib.

"Əminliklə deyə bilərik ki, başda Paşinyan olmaqla, digər erməni təcavüzkarları da tarix və beynəlxalq qanunlar qarşısında törətdikləri vəhşiliyə, təcavüzə görə cavab verəcək, mütləq cəzalarını alacaqlar. Ona da əminəm ki, bunu daha 27 ildən sonra yox, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə yaxın zamanlarda mütləq görəcəyik!", - deyə o qeyd edib.

Xəbər lenti
0