QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezidentin köməkçisi: "Fosfor silahının istifadəsində Ermənistanın geniş təcrübəsi var"

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidПомощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев, фото из архива
Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Mülki obyektlərə qarşı aktiv surətdə fosfor bombaları tətbiq edən Ermənistanın Azərbaycanı günahlandırması tipik günahı boynundan atma və məsuliyyətdən yayınmadır"

BAKI, 3 noyabr - Sputnik. "Fosfor silahının istifadəsində Ermənistanın geniş təcrübəsi var. 2016-cı ildə dörd günlük Aprel döyüşləri zamanı Ermənistan Tərtər rayonunun Əskipara kəndinə fosfor mərmiləri atmışdı".

Sputnik Azərbaycan bildirir  ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

"ATƏT nümayəndələrini - hərbi attaşeləri dəvət etdik və onların iştirakı ilə partlamamış hərbi sursatlar zərərsizləşdirildi", - deyə H.Hacıyev qeyd edib.

​O, həmçinin oktyabrın 8-də Ermənistan ordusu tərəfindən Füzuli rayonuna atılmış, amma partlamamış fosfor bombasının ANAMA tərəfindən zərərsizləşdirilməsinin görüntülərini də yayıb. 

​"Mülki obyektlərə qarşı aktiv surətdə fosfor bombaları tətbiq edən Ermənistanın Azərbaycanı günahlandırması tipik günahı boynundan atma və məsuliyyətdən yayınmadır", - H.Hacıyev qeyd edib. 

Xəbər lenti
0