BAKI, 3 noyabr — Sputnik. Bu gün də cəbhənin müxtəlif istiqamətlərində ermənilər tərəfindən təxribatlar törədilir və Azərbaycan Ordusu həmin təxribatların qarşısını alır.
Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasında beynəlxalq ictimaiyyətin ölkəmizə dəstək göstərməsi Azərbaycanın xarici siyasətdə uzun müddət apardığı fəaliyyətin nəticəsidir.
H.Hacıyev onu da qeyd edib ki, beynəlxalq media nümayəndələrinin hazırladığı reportajlarda obyektivlik nümayiş olunduğu zaman onlar erməni lobbisi tərəfindən hədə ilə üzləşirlər:
"Biz bunları açıq şəkildə izləyirik və görürük, qəti halda pisləyirik. Jurnalistlərin hədələnməsi qəbuledilməzdir və beynəlxalq ictimaiyyəti erməni lobbisinin bu hərəkətinlərinin qarşısını almağa çağırırıq".