QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Məcburi köçkünlər torpaq uğrunda döyüşən əsgərlərə kamuflyaj hazırlayırlar - REPORTAJ

© Sputnik / Irade JELILQobuda komuflyaj sexi
Qobuda komuflyaj sexi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu səbəbdən də hamımızın düşüncəsi, fikri, ürəyi cəbhədədir. Təki onlar salamat olsun, qələbə ilə qayıtsınlar.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 3 noyabr — Sputnik. İki ildir ki, Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış "Qobu Park" yaşayış kompleksində müxtəlif rayonlardan qaçqın düşmüş şəxslər yaşayırlar.

Yaşayış kompleksində xalçaçılıq, zərgərlik sexləri fəaliyyət göstərir.

II Qarabağ müharibəsi başlayandan hər bir azərbaycanlı bacardığı qədər əsgərlərimizin yanında olmağa çalışır. "Xarı bülbül" adlanan sexdə də bir müddətdir ki, əsgərlərimiz üçün kamuflyaj, papaq, corab və başqa geyimlər hazırlanır.

© Sputnik / Irade JELILQobuda komuflyaj sexi
Məcburi köçkünlər torpaq uğrunda döyüşən əsgərlərə kamuflyaj hazırlayırlar - REPORTAJ - Sputnik Azərbaycan
Qobuda komuflyaj sexi

Sputnik Azərbaycan xəbər verir ki, sexdə xalçaçılıqla yanaşı, rəsm qalereyası, kəlağayılar, zərgərlik məmulatları hazırlanır.

Xalça ustası Cahan Qədirovanın sözlərinə görə, əsgərlər üçün kamuflyajların hazırlanması işinə yeni başlanılıb. Belə ki, hələ ki, 9 kamuflyajın hazırlanması prosesi davam edir.

Kamuflyajların hazırlanması prosesi isə o qədər də çətin proses deyil. Yəni, bunu hamı edə bilər: "Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bizə hazır material göndərilir. Və biz də həmin materiallarla kamuflyaj toxuyuruq".

© Sputnik / Irade JELIL
Qobuda komuflyaj sexi - Sputnik Azərbaycan
1/3
© Sputnik / Irade JELIL
Qobuda komuflyaj sexi - Sputnik Azərbaycan
2/3
© Sputnik / Irade JELIL
Qobuda komuflyaj sexi - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Ustanın sözlərinə görə, hazırda xanaların üzərində 9 kamuflyaj var. Kamuflyajlar hazır olandan sonra komitəyə göndəriləcək. Sexdə hazırlanan kamuflyajlar "ot effekti" adlanır.

C.Qədirova bildirib ki, bu material hərbçilərin geyim rənginə uyğun olduğu üçün yerlə sürünən zaman onlar geyimin üzərindən bu kamuflyajlardan istifadə edirlər.

© Sputnik / Irade JELILQobuda komuflyaj sexi
Məcburi köçkünlər torpaq uğrunda döyüşən əsgərlərə kamuflyaj hazırlayırlar - REPORTAJ - Sputnik Azərbaycan
Qobuda komuflyaj sexi

Qeyd edək ki, xalçaçı qızlar təkcə iş yerində deyil, evdə belə əsgərlərimiz üçün corablar, papaqlar toxuyurlar: "Burada iş saatı bitdikdən sonra xanımlarımız, könüllü olaraq əsgərlərimiz üçün papaq və corablar toxuyurlar. Biz hamımız çalışırıq ki, vətənimizin bu günündə hər hansı bir formada əsgərlərimizin yanında olaq. Bu gün əlimizdən gələn isə, onlar üçün kamuflyaj, papaq, corab toxumaqdır. Onlar bizim torpaqları işğaldan azad etmək üçün mübarizə aparırlar. Bu səbəbdən də hamımızın düşüncəsi, fikri, ürəyi cəbhədədir. Təki onlar salamat olsun, qələbə ilə qayıtsınlar. Biz bacardığımızı edərik..."

Qeyd edək ki, kamuflyajların hazırlanması müharibə davam etdiyi müddətdə davam edəcək.

Xəbər lenti
0