QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan yeni yalan uydurmaq məcburiyyətində qalıb - Müdafiə Nazirliyi

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidВид на Ереван
Вид на Ереван - Sputnik Azərbaycan
Abunə olmaq
Döyüş meydanında günü-gündən artmaqda olan itkilərini ört-basdır etməyə çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir

BAKI, 3 noyabr — Sputnik. "Ermənistan mətbuatının guya Azərbaycan xüsusi təyinatlılarına məxsus kalonların Xocavənd rayonunun Taqavard kəndi istiqamətində məhv edilməsi barədə yaydığı məlumatın heç bir əsası yoxdur və düşmənin növbəti uydurmasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd edilib.

"Döyüş meydanında günü-gündən artmaqda olan itkilərini ört-basdır etməyə çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir",- MN-dən bildirilib.

Xəbər lenti
0