QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev Paşinyanın Putinə məktubu haqda: "Bu, məğlubiyyətinin etirafıdır"

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edib
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Minsk qrupunun həmsədr ölkəsidir, bütün həmsədrlər kimi neytral mövqedə olmalıdır və həmsədrlərin əslində ATƏT tərəfindən onlara verilmiş mandatı bunu tələb edir

BAKI, 2 noyabr — Sputnik. Mən dəfələrlə demişəm, əgər Ermənistan bu gün atəşi dayandırsa və danışıqlar masası arxasında konkstruktiv mövqe nümayiş etdirsə, qalan torpaqlarımızdan qoşunların çıxarılması ilə bağlı üzərinə konkret öhdəlik götürsə, biz dayanmağa hazırıq. Biz hesab edirik ki, münaqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları vadar edəcək ki, onlar çox ciddi düşünərək bu qərara gəlsinlər.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti ilə görüşündə səsləndirib.

Dövlətimizin başçısı deyib: "Ancaq biz bunun əksini görürük. Ermənistan baş naziri Rusiya Prezidentinə məktub göndərir və hərbi yardım istəyir. Bu, tamamilə qəbuledilməzdir. Buna heç bir əsas yoxdur. Biz öz torpağımızda düşməni əzirik, vururuq və torpaqlarımızdan çıxarırıq. Biz Ermənistana hər hansı bir təcavüz etməmişik. Bu, birincisi. İkincisi, Rusiya Minsk qrupunun həmsədr ölkəsidir, bütün həmsədrlər kimi neytral mövqedə olmalıdır və həmsədrlərin əslində ATƏT tərəfindən onlara verilmiş mandatı bunu tələb edir. Paşinyanın bu məktubu göndərməsi onun əslində etirafıdır. Etiraf edib ki, Ermənistan məğlub olub. Hesab edirəm ki, bu etiraf Ermənistan cəmiyyətində də ciddi təhlil olunmalıdır və Ermənistan rəhbərliyinə ciddi təzyiq edilməlidir ki, bu müharibə dayandırılsın, işğalçılar bizim torpaqlarımızdan çıxsın və bölgədə sülh təmin edilsin".

Xəbər lenti
0