BAKI, 2 noyabr - Sputnik. "Xarici döyüşçülərin və muzdluların Ermənistan silahlı qüvvələri sıralarında olması “Reuters”in reportajında təsdiqlənib".
Sputnik Azərbaycan bildirir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Twitter hesabında yazıb.
Presence of foreign fighters and mercenaries in the ranks of Armenia's armed forces are reaffirmed in the reportage of @Reuters. We have stated on multiple occasions that Amenia involves mercenaries from Lebanon and Syria along with PKK terrorists. https://t.co/uy3LOTcoVW pic.twitter.com/8WU1nVcJLH
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 1, 2020
"Biz dəfələrlə bildirmişik ki, Livandan və Suriyadan olan muzdlular, eləcə də PKK terrorçuları Ermənistandadırlar", - H.Hacıyev qeyd edib.