QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dörd rayonumuza ANAMA əməkdaşları çağırıldı

© Sputnik / Ilham MustafayevANAMA əməkdaşları Saloğlu kəndində
ANAMA əməkdaşları Saloğlu kəndində - Sputnik Azərbaycan
Abunə olmaq
ANAMA və Daxili İşlər Nazirliyinin əməkdaşları bu gün birlikdə 17 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçiriblər

BAKI, 1 noyabr - Sputnik. Bu gün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Füzuli, Goranboy və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 14 müraciət daxil olub.
ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu çağırışlar əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları Ağcabədi rayonunun Qaradolaq, Hacılar kəndləri, Füzuli rayonunun Arayatlı, Alxanlı, Şükürbəyli kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Tərtər rayonunun Buruc kəndi, Şah, Şıxarx, Narlıq qəsəbələri və Ş.İ.Xətai küçəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 17 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçiriblər.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd idarə olunan raket, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 41 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42777 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Xəbər lenti
0