QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Budapeştdə Bərdə terroruna etiraz bildirilib

© © Photo / The State Committee on Work with Diaspora of ARBudapeştdə etiraz aksiyası
Budapeştdə etiraz aksiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Aksiya ilə maraqlanan şəhər sakinlərinə işğalçı Ermənistan ordusunun mülki insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlərlə Azərbaycanın dinc sakinlərini hədəfə alması barədə məlumat verilib

BAKI, 1 noyabr - Sputnik. Macarıstanda yaşayan azərbaycanlı icmasının və tələbələrin təşəbbüsü ilə Budapeşt şəhərinin Azadlıq meydanında Bərdə və Gəncə şəhərlərindəki terror qurbanlarının anım mərasimi keçirilib.

© © Photo / The State Committee on Work with Diaspora of ARBudapeştdə etiraz aksiyası
Budapeştdə Bərdə terroruna etiraz bildirilib - Sputnik Azərbaycan
Budapeştdə etiraz aksiyası

Sputnik Azərbaycan-ın məlumatına görə, Bərdə, Gəncə və digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini yaşadıqları cəmiyyətə çatdırmaq üçün baş tutan aksiya terror qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

© © Photo / The State Committee on Work with Diaspora of ARBudapeştdə etiraz aksiyası
Budapeştdə Bərdə terroruna etiraz bildirilib - Sputnik Azərbaycan
Budapeştdə etiraz aksiyası

Aksiyada 50 nəfər gənc soydaşımız əllərində Ermənistanın işğalçı siyasətini, Gəncə və Bərdə şəhərlərində ermənilərin törətdiyi terror aktlarını əks etdirən məlumat lövhələrini, "Körpələr mələkdirlər, mələklərin öldürülməsinə son qoyulsun!", "Mən sülhəm, amma Ermənistan məni öldürdü!", "Bərdə üçün dua et!" və sair şüarları tutublar. Meydanda yanan şamlarla "Bərdə" sözü əks olunub və ətrafına boş qalmış ayaqqabılar düzülüb.

Aksiya ilə maraqlanan şəhər sakinlərinə işğalçı Ermənistan ordusunun mülki insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlərlə Azərbaycanın dinc sakinlərini hədəfə alması barədə məlumat verilib.

Xəbər lenti
0