BAKI, 31 oktyabr — Sputnik. Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələrinin Şuşanı atəşə tutması barədə yaydığı xəbər düşmənin növbəti yalanıdır və vəziyyətin gərginləşdirilməsi məqsədi daşıyır.
Bu barədə Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.
"Bir daha bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir", - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, Ermənistan rəsmi dairələri və KİV-i Azərbaycan Ordusunun Şuşanı atəşə tutduğu barədə məlumat yayıb.