BAKI, 30 oktyabr — Sputnik. "Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları nəticəsində sentyabrın 27-dən bu günədək 91 nəfər ölüb, 400 nəfər yalaralanıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və dijər şəhərlərdə jinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev deyib.
Onun sözlərinə görə, yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 428, çoxmənzilli yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2 442-dir.