BAKI, 30 oktyabr - Sputnik. Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.
Sputnik Azərbaycan bildirir ki, müvafiq məlumatı və videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.
Reaktiv sistemlərin məhv edilidyi anın videogörüntülərini təqdim edirik.