QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rəsmi Bakı Türkiyənin Qarabağ danışıqlarına cəlb olunması barədə mövqeyini bəyan etdi

Abunə olmaq
Ceyhun Bayramov bildirib ki, Türkiyə Cənubi Qafqazın hər üç ölkəsi ilə həmsərhəddir və ATƏT-in Minsk qrupuna daxildir.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyənin Dağlıq Qarabağ üzrə mövqeyi beynəlxalq hüquqa əsaslanır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

"Bu münaqişənin nizamlanması üzrə Türkiyənin mövqeyi Helsinki yekun aktı daxil olmaqla, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Türkiyə bölgədə davamlı sülh, təhlükəsizlik və sabitlik üçün əsas amil kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir", - deyə Ceyhun Bayramov qeyd edib.

O, bildirib ki, Türkiyə Cənubi Qafqazın hər üç ölkəsi ilə həmsərhəddir və ATƏT-in Minsk qrupuna daxildir.

Xəbər lenti
0