BAKI, 29 oktyabr - Sputnik. Moskvada iki naməlum şəxs Müslüm Maqomayevin Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının yaxınlığında yerləşən abidəsinə yaxınlaşaraq postamentə üzərində anti-Azərbaycan yönümlü mətn olan lövhəcik yerləşdiriblər və onu zəncirlə bərk-bərk bağlayıblar.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, lövhəcik aşkar edilən kimi dərhal sökülüb.
"Faktla bağlı səfirlik Moskvanın hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb və dərhal bütün lazımi tədbirlər görülüb. Bu təxribatı törədənlər müəyyənləşib və Rusiya qanunvericiliyi çərçivəsində ən sərt şəkildə cəzalandırılacaqlar", - bəyanatda deyilir.