BAKI, 29 oktyabr - Sputnik. Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisi artilleriya atəşinə tutulur.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Humanitar atəşkəs rejimini kobudcasına pozmağa davam edən Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Bərdə rayonlarının ərazisini artilleriya atəşinə tutur", - məlumatda deyilir.