Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mehriban Əliyeva: "Bu hücumların məqsədi aydındır"

© Official website of President of Azerbaijan RepublicAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşüb
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşüb - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
"Azərbaycanın dinc mülki əhalisinə hər hücum Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir"

BAKI, 28 oktyabr - Sputnik. “Bu gün Ermənistan silahlı qüvvələri dinc Azərbaycan şəhəri Bərdəyə növbəti dəfə qəddarcasına, qeyri-insani zərbə endirib. Zərbə nəticəsində 21 nəfər həlak olub, 70 nəfər ciddi xəsarət alıb. Təəssüf ki, qurbanların sayı artmaqda davam edir”.

Sputnik Azərbaycan bildirir ki, bunu Birinci Vitse-prezident Mehriban Əliyeva “İnstagram” hesabında yazıb.

Paylaşımda qeyd olunub ki, bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur: ”Üstəlik, Azərbaycanın dinc mülki əhalisinə hər hücum Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir. Bu hücumların məqsədi aydındır - Azərbaycan xalqını qorxutmaq və bizim ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək. Bu, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkan verərdi.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

Lakin düşmənimiz bilməlidir ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Hər hücum bizi daha da güclü edir və işğal olunmuş ərazilərimizin erməni təcavüzkarlardan azad edilməsi kimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasına inandırır.

Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram.

Azərbaycan ordusu düşməni döyüş meydanında sıxışdırdığı bu günlərdə biz həmrəyliyimizi qoruyub saxlamalı və Prezidentimizin ətrafında möhkəm birləşməliyik.

Yalnız möhkəm yumruq kimi birləşməklə ədalətin zəfər çalmasına nail olacağıq, ona görə ki, Qarabağ Azərbaycandır!

Uca Tanrı Vətənimizi və Azərbaycan xalqını qorusun!”

Xəbər lenti
0