BAKI, 28 oktyabr — Sputnik. Ermənistan tərəfinin Şuşa və Xankəndi şəhərlərinin Azərbaycan Ordusu tərəfindən guya raket atəşinə tutulması barədə yaydıqları məlumat yalandır.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Ordusu mülki əhalini heç vaxt atəşə tutmur. Qeyd olunub ki, Azərbaycan humanitar atəşkəs rejiminə əməl edir.