QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər" - İlham Əliyev

© AR Ministry of Defence“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək F-16 təyyarələri Azərbaycana gəlib
“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək F-16 təyyarələri Azərbaycana gəlib - Sputnik Azərbaycan
Abunə olmaq
"Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər"

BAKI, 26 oktyabr — Sputnik. “Sual verirlər, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var də, görmürsünüz, nə gəzir? Gedin baxın da, F-16 neyləyir, havadadır, ya yerdədir?”

Sputnik Azərbaycan bildirir ki, bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı deyib ki, hər kəs bilir ki, təyyarələr yerdədir: “Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər. Yaxşı, cəmi 5-6 təyyarə aeroportda qalıbdır. Bunu hər dəfə sual verirlər”.

Xəbər lenti
0