QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Prezidenti: "Atəşkəsi istəyən niyə silah göndərir Ermənistana?"

© Sputnik / Ulyana Soloveva / Mediabanka keçidЗенитный ракетный комплекс С-300, фото из архива
Зенитный ракетный комплекс С-300, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Son bir ay ərzində Ermənistana kütləvi surətdə müxtəlif növ silahlar göndərilir. Bütün siyahılar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc olunub"

BAKI, 26 oktyabr — Sputnik. "Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edirik. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikri Prezident İlham Əliyev bu gün xalqa müraciətində səsləndirib.

Prezident bildirib ki, biz yeni reallıq yaratmışıq: "Hesablaşın! Ancaq nə görürük, orada görüş, burada görüş, atəşkəsi kim pozur? Bütün bunların fəaliyyəti Ermənistanı xilas etməkdir. Bütün bunların fəaliyyəti Ermənistanı, aqressoru, Xocalı soyqrımını törədəni, Gəncəni bombalayanları müdafiə etməkdir.

Ayın 10-da ilk dəfə atəşkəş qüvvəyə mindi. Mənim mövqeyim ondan ibarət idi ki, humanitar xarakter daşımalıdır. Həlak olanların meyitlərinin, girov və əsirlərin dəyişdirilməsi üçün biz buna razılıq vermişik. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi namərdcəsinə gecə pozdu, Gəncəni bombaladı. Bundan sonra 17 oktyabrda yeni atəşkəs qüvvəyə mindi. Yenə də iki dəqiqədən sonra Ermənistan bunu pozdu. Bu gün səhər saat 8-dən yeni təklif verildi. Saat 9-da atəşkəs Ermənistan tərəfdən pozuldu, Tərtər rayonuna atəş açıldı. Mən yenə tapşırıq vermişəm ki, ordumuz təmkinli davransın. Təxribata uymasın. Mənim mövqeyim xalqıma bəllidir. Bu məsələ öz həllini tapmalıdır. Ya hərb, ya sülh yolu ilə.

Mən təklif etmişəm ki, əgər istəyirsiz sülh yolu ilə həll olunsun, biz dayandıraq. Amma bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır. Cədvəl verilməlidir: neçə günə bu rayondan, neçə günə bu rayondan [çıxırlar]. Ermənistan bu cədvəli verməyib. Belə halda məsələ dondurulmuş qalarsa, bu bizi qane edə bilməz. Bu bir.

İkinci, bizdə dəqiq məlumat var ki, Ermənistan döyüş meydanında bizim qabağımızda diz çöküb, sadəcə atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək istəyir, yenidən silahlanmaq istəyir. Bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir. Son bir ay ərzində Ermənistana kütləvi surətdə müxtəlif növ silahlar göndərilir. Bütün siyahılar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc olunub. Bizdə o siyahı var. Hansı təyyarə haraya gəlib, nəyi haraya göndərib, haraya boşaldıb. Atəşkəsi istəyən niyə silah göndərir Ermənistana? Artıq Ermənistan diz çöküb. Biz onun başından elə vurmuşuq ki, ayıla bilmir".

Xəbər lenti
0