BAKI, 26 oktyabr — Sputnik. Türkiyənin məşhur müğənnisi Cem Belevi 4 ildir birlikdə olduğu aktyor sevgilisi Zəhra Yılmaza doğum günündə evlilik təklif etmişdi.
Sputnik Azərbaycan "Hürriyet"ə istinadən xəbər verir ki, evlilik hazırlığı görən cütlük toylarını təxirə salıb. Buna səbəb kimi Qarabağda gedən döyüşləri göstəriblər.
"Azərbaycanın işğal altında olan torpaqları uğrunda mübarizə apardığı an bizim toy etməyimiz düzgün çıxmaz. Bundan əlavə, anamla atam Bakıda yaşayır. Belə bir vaxtda toy edə bilmərik", - deyə Yılmaz bildirib.