BAKI, 26 oktyabr - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndinin videogörüntüsünü yayıb. Qeyd edək ki, Prezidenti İlham Əliyev oktyabrın 26-da xalqa müraciətində Padar kəndinin Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edildiyini bildirib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla Padar kəndindən çəkilmiş videogörüntünü təqdim edir.