QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Humanitar atəşkəs baha başa gəldi: Yaşayış məntəqələrimizə 200-dən çox mərmi düşüb

© REUTERS / AZIZ KARIMOVПоследствия обстрелов в азербайджанском городе Гянджа
Последствия обстрелов в азербайджанском городе Гянджа - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, humanitar atəşkəsin başladığı səhər saat 08.00-dan indiyədək Azərbaycanın yaşayış məntəqələrinə 200-dən çox mərmi atılıb.

BAKI, 26 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər rayonuna artilleriya və raketlərdən istifadə etməklə hücum edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, səhər saat 08.00-dan indiyədək Azərbaycanın yaşayış məntəqələrinə 200-dən çox mərmi atılıb.

Xəbər lenti
0