Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 26 oktyabr — Sputnik. "Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycanın Daşkəsən rayonuna hücum ediblər".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.
"Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycanın Daşkəsən rayonuna hücum ediblər Meşədə yanğın başlayıb. Yanğınsöndürənlər yanğını söndürmək və Ermənistanın ekoloji terrorunu minimuma endirməyə çalışır. Xoşbəxtlikdən, dinc əhali arasında itkilər yoxdur", - deyə Hikmət Hacıyev bildirib.
In blatant violation of humanitarian ceasefire Armenian armed forces attacked Dashkasan region of Azerbaijan. Forest fire erupted. Emergency services are in operation to extinguish fire and minimise Armenia's environmental terror. Luckily no casualties among civilians. pic.twitter.com/JmXzKxE0hP
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 26, 2020