QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan Tərtəri "Smerç"lə atəşə tutub

© Sputnik / İgor Russak / Mediabanka keçid"Smerç" reaktiv yaylım atəş sistemi. Arxiv şəkli
Smerç reaktiv yaylım atəş sistemi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi xəbər verir ki, oktyabrın 26-da saat 18:15-də düşmən "Smerç" yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini atəşə tutub.

BAKI, 26 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri Tərtəri “Smerç” ilə atəşə tutub. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, oktyabrın 26-da saat 18:15-də düşmən "Smerç" yaylım atəşli reaktiv sistemindən Tərtər şəhərini atəşə tutub.

Qeyd edək ki, bir qədər əvvəl də MN Tərtər şəhəri və rayonun kəndlərinin yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri tərəfindən yenidən atəşə tutulduğu barədə xəbər yaymışdı. 

Bu gün ərzində Azərbaycanın Müdafiə Nazirliyi dinc əhalinin yaşadığı və hərbi əməliyyatların getmədiyi Tərtər şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə atəşə tutulduğunu bəyan edib. 

Xəbər lenti
0