BAKI, 26 oktyabr - Sputnik. Tərtər şəhərini və rayonun kəndləri yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri tərəfindən yenidən atəşə tutulur.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, bu gün ərzində Azərbaycanın Müdafiə Nazirliyi dinc əhalinin yaşadığı və hərbi əməliyyatların getmədiyi Tərtər şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə atəşə tutulduğunu bəyan edib.