BAKI, 26 oktyabr — Sputnik. Xocalı rayonunun Çanaqçı kəndinin (keçmiş Əsgəran rayonunun Avetaranots) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qoşunlarımız bütün cəbhə boyu yeni humanitar atəşkəs rejiminə əməl edir.