QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

ABŞ Dövlət Departamenti Qarabağda humanitar atəşkəs barədə bəyan edib

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidXankəndi şəhərinin görünüşü
Xankəndi şəhərinin görünüşü - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın Dövlət Departamentinin məlumatına görə, Dağlıq Qarabağda humanitar atəşkəs Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.

BAKI, 26 oktyabr - Sputnik. Dağlıq Qarabağda humanitar atəşkəs Bakı vaxtı ilə saat 08:00-da başlayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti məlumat yayıb. 

"ABŞ Minsk Qrupunun (ATƏT) həmsədrləri və xarici işlər nazirləri arasında intensiv danışıqlara töhfə verdi, beləliklə, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına yaxınlaşdılar", - deyə Departamentin açıqlamasında bildirilir.

Xatırladaq ki, bu ilin 23 oktyabr tarixində ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

Ceyhun Bayramov amerikalı həmkarı ilə Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb. 

O, Pompeoya Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır.

Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.
Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Bu öhdəliklər 18 oktyabrda Parisdə təsdiqlənib və ikinci humanitar atəşkəs həmin gün Bakı vaxtı ilə saat 00:00-dan qüvvəyə minib.

Bu gün qüvvəyə minəcək humanitar atəşkəs Azərbaycanın işğal edilmiş ərazilərində hərbi əməliyyatların başladığı 27 sentyabrdan sonra sayca üçüncüdür.

Xəbər lenti
0