QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Səfir: "İran Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir"

© Photo : TRENDПосол Ирана в Азербайджане Сеид Аббас Мусави, фото из архива
Посол Ирана в Азербайджане Сеид Аббас Мусави, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Səfir Seyid Abbas Musəvi İranın Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin ədalətli mövqeyini və ərazi bütövlüyünü tam dəstəklədiyini, hər cür separatizmi pislədiyini vurğulayıb

BAKI, 23 oktyabr — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, nazir ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfiri təbrik edib, ona uğurlar arzulayıb. O vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir: "Son 7 ildə dövlət başçıları arasında 13 yüksək səviyyəli görüş keçirilib və mühüm qərarlar qəbul edilib. Ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlıq inkişaf edir, Azərbaycanın əlverişli biznes mühitindən yararlanan İran şirkətlərinin sayı artır, qarşılıqlı investisiya əməkdaşlığı həyata keçirilir, birgə layihələr icra olunur".

Mikayıl Cabbarov Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti və son təxribatları, günahsız mülki əhaliyə və mülki obyektlərə raket zərbələri endirərək törətdiyi terror və müharibə cinayətləri, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması üçün öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə məlumat verib, İranın münaqişənin Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinə hörmət çərçivəsində həllinə dəstək verdiyini vurğulayıb.

Səfir Seyid Abbas Musəvi İranın Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin ədalətli mövqeyini və ərazi bütövlüyünü tam dəstəklədiyini, hər cür separatizmi pislədiyini vurğulayıb. İran səfiri ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərinin həyata keçirilməsində maraqlı olduğunu, həmçinin Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin birgə icrasının iqtisadi əməkdaşlığımızı daha da dərinləşdirəcəyini diqqətə çatdırıb.

Görüşdə sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, investisiya, kiçik və orta sahibkarlıq, ticarət, turizm və s. sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Xəbər lenti
0