BAKI, 23 oktyabr - Sputnik. Ötən sutka ərzində Ermənistanın vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri iflasa uğrayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.
O, Prezident İlham Əliyevin "Twitter" səhifəsində yazdığı kimi, daha 13 kəndin işğaldan azad olunduğunu qeyd edib:
"Hazırda cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir, qoşunlarımız əməliyyat şəraitinə tam olaraq nəzarət edir".
"Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Qələbə bizimlədir!", - Eyvazov əlavə edib.