BAKI, 22 oktyabr — Sputnik. Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanununun layihəsinə baxılacaq.
Məsələ ilə bağlı deputatlar öz fikirlərini bildirəcəklər.
Xocavənd rayonunun Vəng kəndi oktyabrın 20-də işğaldan azad edilib. Prezident İlham Əliyev həmin kəndin adının dəyişdirilib Çinarlı qoyulması barədə təşəbbüs irəli sürüb.