Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 22 oktyabr — Sputnik. Rəssam-illustrator Elmail Qulami ermənilərin oktyabr ayının 16-dan 17-nə keçən gecə Gəncəni atəşə tutması zamanı yaşanan anların, qətliam qurbanlarının fotolarının illüstrasiyasını hazırlayıb.
Bu foto-rəsmlərdə dayısının qucağında torpağa tapşırılan 10 aylıq Narın, yuxuda olarkən öldürülən 1 yaşlı Mədinə, övladını deyil, onun fotosunu tapan çarəsiz ata, 5 ailə üzvünü itirən Teymur Əsgərov və yaxınının tabutu üzərində ah-nalə edən yaşlı xanım əks olunub.