Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 20 oktyabr — Sputnik. Ötən həftə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsinin qurbanları dünyanın bir çox ölkələrində anılıb. Bundan başqa, Türkiyənin məşhur sənət adamları da buna səssiz qalmayıblar. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən ölkənin ulduzu Sibel Can da Azərbaycana dəstək paylaşımı edib. Sənətçi 2,5 milyon izləyicisi olan "Instagram" səhifəsinin hekayə bölümündə işğalçı Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı fotolar yayımlayıb.
"Uşaqdan vətən istədiniz? Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə atəş açıb, mülki şəxslərin yaşadığı yerlər hədəf alınır. İnsanlara qarşı günah işlənir. Qəlbim ağlayır, Azərbaycan", - deyə Sibel Can paylaşımında qeyd edib.
Hülya Avşar da baş verən faciəyə münasibətini bildirib: "Müharibə heç bir ölkəyə yaraşmır. Təəssüf ki, sona da yetmir. Amma dinc əhalini vurmaq savaş deyil, cahillikdir, vəhşilikdir və insanlıqdan kənardır. Dualarım Azərbaycanladır".
Посмотреть эту публикацию в Instagram
Müğənni-bəstəkar Mustafa Ceceli də öz paylaşımında qeyd edib: “Bir ovuc təlxək sonunu hazırlayır və bütün dünya bunu səssizcə izləyir. Uşaq qatillərinin axıtdığı qan yerdə qalmayacaq”.
Посмотреть эту публикацию в Instagram
Eyni zamanda, Gülbən Ərgən, Yonca Evcimik, Yıldız Tilbe, Serenay Sarıkaya da Azərbaycan barədə paylaşımlar ediblər, yaralılara şəfa diləyiblər.