QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev general-polkovnik Elçin Quliyevi təbrik etdi

© State Border Service of Azerbaijan RepublicElçin Quliyev
Elçin Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib.

BAKI, 19 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib. Prezident bu təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, general-polkovnik E.Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcəyini məruzə edib.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev "Twitter" səhifəsində Xudafərin körpüsünün azad edildiyi barədə tvit paylaşıb:

"Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!".

Prezident həmçinin Xudafərinə Azərbaycan bayrağının sancılması və raportun verilməsi anının videosunu da paylaşıb.

 

Xəbər lenti
0