BAKI, 19 oktyabr — Sputnik. Azərbaycan Ordusu döyüş meydanında Ermənistana layiqli cavab verməyə davam edir. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir.
"Rəşadətli Azərbaycan Ordusu atəşkəs rejiminə baxmayaraq yaşayış məntəqələrini atəşə tutan Ermənistan ordusuna cavab verməyə davam edir. Son 13 kəndlə birgə Ermənistan işğalından azad olunan Azərbaycan yaşayış məntəqələrinin sayı 78-ə çatıb", - deyə Türkiyə Müdafiə Nazirliyinin məlumatında bildirilir
Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycan Prezidenti İlham Əliyev öz "Twitter" səhifəsində Cəbrayılın daha 13 kəndinin erməni işğalından azad olunduğunu bildirib: "Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!"