BAKI, 19 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutur.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan SQ Tərtərdəki pambıqtəmizləmə zavoduna raket zərbəsi endirib. Nəticədə zavodda yanğın baş verib.
Ağdamda isə iki mülki şəxs yaralanıb.