QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Lavrov Qarabağ döyüşləri barədə: "Moskva görüşü ümidləri doğrultmadı"

© Photo : Press service of the Russian Foreign Ministry / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров, фото из архива
Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sergey Lavrov: "Rusiya rəsmi Bakı və Yerevanla aktiv olaraq Qarabağda atəşkəsə nəzarət üzrə mexanizm üzərində işləyir".

BAKI, 19 oktyabr — Sputnik. Qarşıdurma ritorikasını alovlandırmağı və hərbi əməliyyatları dayandırmaq lazımdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç – Buriçlə apardığı danışıqların yekunlarına dair keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan təmas xəttində gedən hərbi əməliyyatlarla bağlı deyib.

"Hərbi əməliyyatların dayandırılması, mülki obyektlərə zərbələrin vurulmasının dayandırılması önəmlidir. Bu tələb həm ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri kimi Rusiya, ABŞ və Fransa Prezidentlərinin bəyanatlarında, həm oktyabrın 10-u bizim vasitəçiliyimizlə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin razılaşdırdığı Moskva sənədində, həm də onların oktyabrın 18-i təsdiqlədiyi sənəddə yer alıb", - deyə Lavrov qeyd edib.

O, vurğulayıb ki, Azərbaycan və Ermənistan nümayəndələrinin Moskva görüşündən sonra ümidlər doğrulmadı: "Qarabağda döyüşlər davam edir, bu qəbuledilməzdir".

Lavrov, həmçinin vurğulayıb ki, Rusiya rəsmi Bakı və Yerevanla aktiv olaraq Qarabağda atəşkəsə nəzarət üzrə mexanizm üzərində işləyir: "Ümid edirik ki, tezliklə onu hazırlayacağıq".

Красный крест, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Atəşkəs başladı

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.
Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən yenidən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

Xəbər lenti
0