QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan humanitar atəşkəs başlayandan mövqelərimizi raket və dron hücumuna məruz qoyub

© Sputnik / Murad OrujovПомощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев
Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter səhifəsində bildirib ki, humanitar atəşkəsin başladığı 18 oktyabr saat 00:00-dan etibarən Ermənistan ordusu tərəfindən 5 rayonumiza 229 mərmi atılıb.

BAKI, 19 oktyabr - Sputnik. 18 oktyabr - humanitar atəşkəsin birinci günü, saat 00.00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter səhifəsində yazıb:

Prezidentin köməkçisi bildirib ki, Ermənistan ordusu tərəfindən 5 rayona 229 mərmi atılıb: 

“Tərtərə 160, Ağdama 63, Goranboya 6...;

- 3 raket hücumu: 1 Xızı rayonuna, 2 Ağcabədidəki Poladlı kəndinə;

- 1 dron hücum“.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Флаг Международного комитета Красного Креста, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Bu gecədən yenə atəşkəsdir

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.
Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən yenidən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

Lakin Ermənistan humanitar atəşkəsin tələblərinə məhəl qoymur.

Xəbər lenti
0